6217a72324134_juykukyukyk

Məni Kiyevə göndərin! - Saakaşvili Gürcüstan hakimiyyətinə müraciət etdi

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı Kiyevə köçürülməsi üçün ölkə hakimiyyətinə müraciət edib. 

Gürcüstan mediası xəbər verir ki, Saakaşvili həmçinin, cəzasının müvəqqəti təxirə salınması barədə də hakimiyyətə çağırış edib. 

Onun sözlərinə görə, hökumət onun təklifi ilə razılaşarsa, o, gələcəkdə hakimiyyətin çağırışı ilə Gürcüstana qayıdacaq və tərəfdarlarını etirazları dayandırmağa səsləyəcək. 

O, eyni zamanda qeyd edib ki, xaricdə olduğu müddətdə Gürcüstan siyasətinə qarışmayacaq.