
“Mənə 400 min dollar ver, gör nə edirəm, deyərəm dincəl…” – Roza
Müğənni Roza Zərgərli müzakirələrə səbəb olacaq iddialı açıqlama verib.
Kanal.az xəbər verir ki, o, “Xəbər Ətər” verilişində qonaq olarkən özünü dünya şöhrətli müğənni Beyonsla müqayisə edib:
"300-400 min dollar burax mənə, gör, Beyonsun etdiyi rəqsi edirəm, ya yox? "Hip-hop" da oxuyaram. Səmranı da qoyaram arxada, deyərəm Səmra, get, dincəl”.
Aparıcı Zümrüd Bədəlova “Nəyin əskikdir ki, artığın var ki, əskikliyin yoxdur” deyəndə Roza onun bu sözlərini təsdiqləyib. /yenisabah.az
- Şou biznes
- 28 Aprel 2025