Mən heç kimin ailəsini dağıtmamışam" - Vəfa efirdə ağladı
Müğənni Vəfa Şərifova “Xəbər-ətər” verilişində qonaq olub.
KONKRET.az xəbər verir ki, veriliş zamanı müğənni son günlər yaşadığı qalmaqallardan danışaraq ağlayıb.
“Bu gün bəzi jurnalistlər pul alıb sifarişlə yazılar yazırlar. Zəng vurub deyirəm axı bu belə deyil niyə yazmısız? Deyir hə, bilməmişəm silərəm indi. Bu söz-söhbətlər məni çox yıpratdı. Haqlı ikən haqsız duruma duşdüm. Hətta bir nəfər mənə yazdı ki. ayıb deyil sənin üçün, qoca kişi ilə belə belə…
Sosial şəbəkələr yalnış fotolar da paylaşdı ki, guya kiminsə ailəsini dağıtmışam. Mənim valideynlərim rəhmətə gedib. O qədər ehtiyyatla davranmışam ki. bu günə kimi deməsinlər ki, atasız anasız idi onsuz da bu yola döşəcəkdi. Mən bütün bunlara layiq deyildim”.
- Şou biznes
- 20 May 2024