645b78c97b046202305235817

Məğlubiyyətdən sonra bir-birilərinə sarıldılar - "Bütün ölkə sizinlə qürur duyur" / FOTO

Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qrupunun finala vəsiqə qazanmadığı anın fotosu təqdim edilib.

Şəkil Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşovanın instaqram hesabında paylaşılıb.

Kadrda nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov, Tural və Turan Bağmanovlar yer alıb.  Həmin görüntünü E. Qasımov da sosial şəbəkə hesabında yayaraq bu sözləri yazıb: “Sizinlə qürur duyuram uşaqlar, bütün ölkə qürur duyur”. / Olay.az