6616cef3058c0202404244003

"Mal mənimdir, özüm bilərəm" sözünə görə arvadını öldürdü - Ağdamda xəyanət dəşətli cinayətə səbəb oldu

Ağdam rayonunda 1974-cü il təvəllüdlü Şirvan həyat yoldaşı Samirəni (adlar şərti verilib.) qətlə yetirib.

Qlobal.net bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 dekabr 2022-ci ildə Ağdam rayonunun kəndində baş verib.

Şirvan yaşadığı evin yataq otağında sərxoş vəziyyətdə arvadı Samirə ilə söhbət edib və hansı səbəblə boşanmaq istədiyini soruşub. Arvadının artıq onu sevmədiyini bildirməsi və digər şəxslərlə yaxın münasibətdə olmasını nəzərdə tutaraq "mal mənimdir, özüm bilərəm" ifadəsini işlətməsi səbəbilə əsəbləşib.

Şirvan qısqanclıq zəminində qisas almaq niyyətilə arvadına çoxsaylı bıçaq zərbələri vurub. 70 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

"Məni istəmədiyini dedi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri - anası, bacısı, arvadı, uşaqları ilə birlikdə Ağdam rayonunda yaşayıb:

"Samirə ilə 2006-cı ildə rəsmi qayda da ailə həyatı qurmuşam. Həmin nikahdan bizim beş övladımız dünayaya gəlib. Samirə ilə münasibətlərimiz həmişə yaxşı olub. Ancaq hadisə baş verməmişdən bir həftə əvvəl arvadım məndən ayrılmaq istədiyini bildirdi. Səbəbi Samirədən soruşdum, artıq məni istəmədiyini dedi".

"Müraciət edə bilmədik"

çoxsaylı zərbələr vurdum. Zərbələrin sayını dəqiq xatırlamamışam.

Bıçaq zərbələri vurarkən Samirə sağa-sola çevirlərək hərəkət edirdi. Sonuncu zərbədə bıçağın tiyəsi yarıdan qırıldı. Bıçağı qırıqları ilə birlikdə otağın küncünə atdım. Otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürdüm və yenidən Samirəyə zəbələr vurmağa başladım.

Samirə otağın giriş qapısından solda, yerdə üzü üstə uzanaqlı vəziyyətdə idi. Yüksək səslə çığıra bilməsə də, sağa sola ağır-ağır hərəkət edirdi. Samirənin ölmədiyini gördüm və ət dəhrəsi ilə baş, boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağı davam etdim. Zərbələrin dəqiqi sayı yadımda olmayıb, təxminən 10 dəfədən çox balta ilə zərbə vurduğumu deyə bilərəm.

Samirəni yerdə döşəmənin üzərində hərəkətsiz qaldığını görəndə əlimdə olan ət dəhrəsini meyitin yanına qoydum. Əllərimin qanını döşəmənin üzərində olan xalçaya sildim. Əynimdən olan qanlı paltarı soyundum və meyitin ayaqlarının yanına atdım. Başqa paltar geyindim və dəhlizə çıxdım. Çıxarkən bir cüt corabı cibimə qoydum. Ayağım qan olduğundan həmin vaxtı corabı geyinə bilmədim".

"Arvadımı xəyanət üstündə öldürmüşəm"

Təqsirləndirilən şəxs deyib ki, Samirəni öldürərkən özündə olmadığından otağa kiminsə daxil olub-olmamasını xatırlamayıb: "Dəhlizdə bacımı gördüm və ona şöbəyə getdiyimi dedim. Bacım mənə nə üçün belə etdiyimi soruşdum. Samirəni xəyanət etiyi üçün öldürdüyümü dedim.

Həyətdə su çəninin yanında əllərimi və ayaqlarımı yudum. Corabı ayağıma geyindim və təslim olmaq üçün polis şöbəsinə doğru getdim. Dördyol ərazisi deyilən yerə çatdıqda sürücüsünü tanımadığım avtomobili saxlatdım, onunla Quzanlı qəsəbəsinə gəldim. Şöbəyə gedərkən yolüstü mağazadan 0.5 litrlik 2 butulka pivə alıb içdim. Polis şöbəsinə gedib qətl barədə məlumat verdim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Şirvan 18 il müddətinə azadlıqdan məhrum edilib.