664386bedae30202405244358

Lənkəranda DƏHŞƏTLİ CİNAYƏT: Qadını öldürüb öz həyətində... - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.az