61f2f7c2a3a0b_yjjgjdjdgjdg

Leninqrad uğrunda vuruşmuş azərbaycanlılara abidə qoyulması xəbəri erməniləri dəli etdi

Sankt-Peterburqda Leninqrad uğrunda vuruşmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi təklif edib.

Kanal.az xəbər verir ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində vuruşmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsini təklif edib. Gözəl təklifdir.

Yanvarın 25-də Sankt-Peterburqda Azərbaycan Konservatoriyasının banisi, Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyovun gələcək abidəsinin qoyulduğu yerə təntənəli daşqoyma mərasimi keçirilib. Abidə Üzeyir Hacıbəyovun adını daşıyan meydanda qoyulacaq.

İndi isə sosial şəbəkələrdə ermənilərin vay-şüvəninə nəzər yetirək:

“Peterburqlular, utanmırsınız?”, “Hansı xidmətlərinə görə azərbaycanlılara üstünlük verirsiniz?”, “Ayıb olsun sizə, ayıb olsun”, “Əgər  azərbaycanlıları belə sevirsinizsə, Bakıya gedin” və sair.

Ən maraqlısı odur ki, Qarabağda İkinci Dünya Müharibəsi iştirakçılarının abidələrini dağıdan erməni vandallar bunu da həyasızcasına bizim üstümüzə atırlar.

“Qarabağda azərbaycanlı vandallar İkinci Dünya Müharibəsi iştirakçılarının abidələrini dağıdıb”, – deyə kinlərini, nifrətlərini bildiriblər.

Azərbaycan üçün bu qədər gözəl xəbərlərdən sonra ermənilərin yuxusu ərşə çəkilib, peterburqluları tənqid və təhqir edirlər. / Konkret.az