Yermuxamet Yertısbayev

KTMT qoşunları gəlməsəydi... - Nazarbayevin eks-müşaviri

Qazaxıstana KTMT sülhməramlılarının göndərilməsi minlərlə insan itkisinin qarşısını aldı.

Kanal.az xəbər verir ki, bu açıqlama ilə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuxamet Yertısbayev çıxış edib.

"KTMT qoşunları indi gəlməsəydi, təbii ki, özümüzlə məşğul ola bilərdik, amma bizim 2 milyon 724 min kvadrat kilometr ərazimiz var, ordunu toplamaq üçün iki həftə vaxt lazım olacaqdı. Təsəvvür edə bilərsinizmi? Minlərlə qurban olacaqdı", - eks-müşavir qeyd edib.