62f4aed762666202208222511

Krımdakı baza darmadağın edildi: Milyonluq təyyarələr partladı - Rusiya ŞOKDA

Rusiya avqustun 9-da Krımdakı aviabazaya hücumla bağlı çaşqınlıq içində qalıb.

Kanal.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya rəsmiləri avqustun 9-da Krımdakı “Saki” aviabazasında ən azı səkkiz təyyarə və bir neçə binanı məhv edən hücumla bağlı çaşqınlıq içində qalıblar. Peyk görüntüləri Ukrayna Hərbi Hava Qüvvələrinin hücumun ən azı səkkiz Rusiya təyyarəsini məhv etdiyi barədə məlumatını təsdiqləyib. Və bu, Rusiyanın partlayışların heç bir təyyarəyə zərər vermədiyi və hücumun nəticəsi olmadığı barədə iddiaları ilə ziddiyyət təşkil edir”, - məlumatda deyilib.