![62f4f75742667202208223431](/uploads/image/min/2022-08/62f4f75742667202208223431.jpg)
Krımda rusların qanadlı raket anbarları məhv edildi - Zelenko
Avqustun 9-da Krımın “Saki” aerodromunda baş vermiş partlayışlarda təkcə təyyarələr deyil, həm də qanadlı raketlərin nəhəng anbarları da məhv edilib.
Kanal.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, keçmiş xarici kəşfiyyat zabiti Aleksandr Zelenko deyib.
Onun sözlərinə görə, aerodromda baş verən partlayışlar nəticəsində rusların 20-dən çox təyyarəsi məhv edilib:
“Məhv edilən sadəcə təyyarə deyil, dinc şəhərlərimizə raketlər atan əclaflardır. Bunlar məhz strateji bombardmançı təyyarələrdir ki, qeyri-insani cinayətlər törədiblər, Vinnitsanı, Kremençuqu dağıdıblar, sadəcə mülki insanları öldürənlərdir. Çox bahalı İL-76, on milyonlarla dollara başa gələn bir neçə hücum helikopteri, qanadlı raketlərin nəhəng anbarları da yanıb".
- Dünya
- 11 Avqust 2022