Köpə qarşı nə etmək olar?
1 xörək qaşığı qaraqınıq, 1 xörək qaşığı razyana götürüb 3 stəkan suda 5 dəq. qaynadın. Süzüb, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.
Yeməkdən sonra gəzmək köpü çıxarır.
Gündə 1 saat yeyin-yeyin gəzənlərdə köp az olur və ya olmur.
Yeməkdən əvvəl 1 xörək qaşığı alma sirkəsini yarım stəkan suya qarışdırıb içəndə köp azalır.
Yeməkləri tərxun, turp, Keşniş, cəfəri kimi göyərtilərlə yeyəndə köp azalır.
Yeməkləri bir-birinə qarışdıranda köp çoxalır.
Çox köpdən əziyyət çəkən insanlar gündə 2 dəfə qidalansın. Bu, köpünüz həddindən artıq azaldacaqdır.
Yeməklərə xardal, istiot, toz zəncəfil, pul bibər tozu qarışdırıb yeyəndə köp azalır.
Yeməyin ortasında çox su içmək köpə səbəb ola bilir.
- Sağlamlıq
- 21 May 2024