Komandolarımız şərti düşmənin diversiyasını məhv etdi - VİDEO

  • Ölkə
  • 22 Yanvar 2022
komando təlim

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Bu barədə Kanal.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ssenarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığınacaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Oxşar xəbərlər