Artıq 2023-cü ilin ilk həftəsini yaşayırıq. Ötən il ən son haqqında danışılan və gündəmdə olan ifaçılardan Afət Fərmanqızı Medianews.az-a açıqlamasında yeni ildən gözləntilərindən danışdı:
“2023-cü il üçün yeni planlarım, layihələrim var. Belə ki, iki yeni mahnım, kliplərim işıq üzü görəcək. Onlardan biri popuri, digəri mənə özəl yazılıb. Yeni mahnımın adı “Ona deyin” adlanır.
Geridə qoyduğumuz il mənim üçün çox uğurlu oldu. El şənliklərim bol oldu, Moskvada böyük tamaşaçı sevgisi qazandım. Bir sözlə yaradıcılığım burada daha da inkişaf edir.
Şəxsi həyatımda isə hər şey qaydasındadır. İl yeni başlayıb, hələ ki, hadisələri həyatın axarına buraxmışam.
Mən keçən ilin fevralında açıqlama vermişdim ki, Rusiyaya köçdüm. Bura köçməyi çoxdan planlaşdırırdım. Məni Azərbaycana bağlayacaq bir səbəb yoxdur. Ailə üzvlərim Azərbaycan deyil, Avropada və Rusiyada yaşayır.
Yaşadığım yerdən asılı olmayaraq, sənətimlə məşğul oluram. İşim, sevənlərim, burdadır.
18 il Tovuz rayonunda daha sonra Bakı şəhərində yaşamışam. Bakı mənim ata yurdum deyildi, oraya Tovuzdan çətinliklə yaşadığm üçün köçmüşdüm.
Tovuzsuz 20 il yaşamışamsa, Bakısız 40 il də yaşayaram. İzləycilərim yazır ki, “Bakının yeri başqadır niyə Moskavaya gəldiniz?”. Qeyd etmək istəyirəm ki, toy biznesim, işlərim buradadır və mən yaradıcılığıma burada davam etməyi düşünürəm.
Gələcəkdə işlərim alınsa İstanbula köçəcəyəm və hətta orada yaşayacağam”. / Medianews.az