6432b1b15d21a202304233809

“Kluba getdiyimə görə anam məni döydü” - Azərbaycanlı aktrisa

Aktrisa Nərgiz Əliyeva özü barədə maraqlı açıqlama verib.

Kanal.az yazır ki, sənətçi anasının onu döyməsi haqqında “Gül kimi şou”da danışıb:

“Bizim məhəllədə internet klub var idi, bir dəfə anamdan gizlin həmin kluba getdim. O da gəlib məni döyüb, oradan çölə çıxarmışdı. Utandığımdan bir ay evdən bayıra çıxmadım”.

Aktrisanın sözlərinə görə, anasının onu döyməyinin əsas səbəbi internet sözünün yanındakı “klub” sözü olub:

“O vaxt internet klublara çox pis baxırdılar, anamı başa sala bilmirdim ki, bura bildiyimiz klublardan deyil və burada pis heç nə yoxdur”.