63a36f8ee8d2a202212224150

Kirayə evdə dəhşətli əməllər - "Gəlinlər" bir araya gəlib...

Rusiyada qız adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən polis əməkdaşları avropalı kişi istifadəçilərin pulunu mənimsəyib.

Kanal.az xəbər verir ki, saxlanılan qrupun bütün üzvləri Mari-El Respublikasının Yoşkar-Ola şəhərinin sakinləridir. Onların arasında qadın da var. Aldadılan şəxslər isə Böyük Britaniya, Almaniya, İrlandiya, Litva və Latviya vətəndaşlarıdır.

Qrup tərəfindən kirayə götürülən üç ofisdə aparılan araşdırmalar nəticəsində kompyuterlər, əlaqə nömrələri, bank hesab nömrələri, mobil telefonlar müsadirə olunub.  

Məlumata görə, əvvəlcə kişilər qarşı tərəflər əlaqə quraraq qadın kimi yazışıblar. Daha sonra qarşı tərəf onlardan səs və ya görüntü tələb edəndə dəstənin qadın üzvləri hərəkətə keçib. Məlumata görə, dəstə üzvləri bu yolla külli miqdarda pul mənimsəyiblər. Onlar polis olduğuna görə hüquq-mühafizə orqanlarının təqibindən yayınmağın yolunu biliblər. Buna görə də, onları müəyyən etmək vaxt aparıb. 

Hazırda araşdırmalar davam edir.