65e57691ba7f8202403242153

Kələm turşusu ilə necə arıqlamaq olar? - DİETOLOQ AÇIQLADI

Qidalanma mütəxəssisi Elena Solomatina kələm turşusu vasitəsilə arıqlamağın yolunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, ağ kələm turşusu arıqlamaqda daha təsirli olur.

Onun sözlərinə görə, bu qidanın tərkibində əlavə funtlardan qurtulmağa kömək edən komponentlər var

“Ancaq eyni zamanda, belə bir turşu minimum miqdarda duz ilə hazırlanmalıdır. Duzlu kələmin tərkibində artıq şəkər və yağları çıxaran lif, həmçinin aşağı glisemik indeks var. Duzlu kələm orqanizmi enerji ilə doyurur və metabolik prosesləri normallaşdırır”.