64bc43613eebb202307230017

Kəlbəcərdə hərbçimiz faciəvi şəkildə həlak oldu - Yaralanan var

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.

Bunu Musavat.com-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Qeyd olunub ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Hazırda Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır./azxeber.com