olivia

Kainat gözəli elə geyindi ki, təyyarəyə buraxmadılar - FOTOLAR

ABŞ-ın kainat gözəli Olivia Culpo seksual geyiminə görə təyyarəyə buraxılmayıb.

Kanal.az xəbər verir ki, seksual geyimləri ilə tanınan “Miss kainat” modeli Olivia Culpo geyiminə görə təyyarəyə buraxılmayıb. 

"American Airlines" təyyarəsinə buraxılmayan Olivianın üzərinə əlavə nəsə geyinməsi tələb olunub.

Hadisə 2012-ci ildə Gözəllik Kraliçası seçilən Olivia Kulpun açıq geyiminə görə American Airlines təyyarəsinə götürülməməsi zamanı baş verib.

Gözəl model uçuşa qara bralette, bayker şortu və Naked Cashmere-dan kardiqan geyinəndə, hər şey qarışıq idi. Təyyarə bələdçiləri bu geyimin uçuş qaydalarına zidd olduğunu bildirib və dünyaca məşhur modeldən geyimini daha qapalı xahiş ediblər.

Qeyd edək ki, 29 yaşlı Olivia Culpo Meksikada istirahət edərkən bir tərəfi tam açıq olan və parça yalnız kamanla bağlanan seksual Aya Muse geyimində poza verib. Onun 513 dollar dəyərində libası ilə verdiyi poz tabloid xəbərlərinin mövzusu olub.

Səma