Kadırov hədələdi: "Ehtiyatlı olun, cənab Zelenski"

  • Dünya
  • 14 Fevral 2022
Ramzan kadırov

Kadırov Zelenskiyə və Ukrayna xalqına müraciət edib.

Kanal.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov bu barədə öz Teleqram kanalında yazıb. O, Ukrayna Prezidentinə və  xalqına mesaj göndərib.

“Müraciətimdə iki ünvana – Ukrayna hakimiyyətinə və Ukrayna xalqına iki mesaj var.Cənab Zelenski! Təlxəkliyini sonu çatdı. Geri dönməz nəticələrdən qaçmaq üçün öz xalqı qarşısında borcunu yerinə yetirməyin vaxtı gəldi. Yəni, bu gün təkcə Rusiya prezidentinin deyil, həm də Ukrayna prezidentinin imzaladığı Minsk razılaşmalarının həyata keçirilməsinə hər zamankindən daha çox ehtiyac var.

Bu sənəddə yazılan müddəaların ciddi şəkildə həyata keçirilməsi təkcə ölkələrimiz arasında getdikcə artan qarşıdurmanın siyasi həllində deyil, sözün qlobal mənasında ümumi gərginliyin azaldılması məsələsində də ilk mühüm addımdır.

Bu baxımdan siz konstitusiyanın, xalqınızın və dövlətinizin təhlükəsizliyinin təminatçısı kimi, sadəcə olaraq, qan tökülməməsi, sülhün bərqərar olması üçün əlinizdən gələni etməyə borclusunuz. Prezident Vladimir Putin və Rusiya xalqı müharibə istəmir, biz bu dəhşətli sözün mənasını əvvəlcədən bilirik. Ehtiyatlı olun, cənab Zelenski!”, – deyə Kadırov Zelenskiyə çağırış edib.

Daha sonra o, Ukrayna xalqına müraciət ünvanlayaraq, onları yenidən dostluğa, qardaşlığa, sülhə çağırıb.

“Məktəbdə təsadüfən dinlədiyim SSRİ tarixi kursundan bilirəm ki, rus dövlətçiliyinin və pravoslavlığının beşiyi Kiyev Rusudur. Ruslar və ukraynalılar ortaq tarixə, mədəniyyətə və dinə malik bir slavyan xalqıdır. Mən heç vaxt inanmaram ki, ukraynalılar özlərini bütün tənəzzülə uğramış “dəyərləri” və rusofob isterikası ilə “Qərb dünyası” adlandırılan dünyanın bir hissəsi hesab etsinlər.

Ruhumun dərinliklərində hardasa bir ümid parıltısı var ki, bu tarixi ədaləti kənardan heç bir kömək olmadan Ukrayna xalqının özü bərpa edəcək. Ola bilməz ki, böyük hetman Bohdan Xmelnitskinin və dahi yazıçı Nikolay Qoqolun mənəvi və tarixi varisləri qardaş Rusiya ilə əbədi sülh istəməsinlər!”, – deyə Çeçenistan başçısı  ukraynalıları sülhə səsləyib. / Konkret.az

Oxşar xəbərlər