65e1f2ec7db59202403242324

İzah edə bilmərəm ki, hansı əziyyətlə bağ tikdirmişəm"

"İzah edə bilmərəm ki, hansı əziyyətlə bağ tikdirmişəm"
"İzah edə bilmərəm ki, hansı əziyyətlə bağ tikdirmişəm""Bağ evini yavaş-yavaş tikdirmişəm. Gedib böyük bir məbləğ verib hazır ev almamışam. Ona gücüm olmayıb. Əvvəlcə torpaq aldım. Sonra hissə-hissə evi tikdirdim".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Xəbərin var" proqramında deyib. Sənətçi böyük bağ evi tikdirməsi ilə bağlı suallara cavab verib:

"O ev 2-3 il ərzində başa gəlib. Bunu afişa etmədim, görməmiş kimi demədim, qarğa məndə qoz var. Görməmişlikdir. Bəzi məşhurlarımız kimi birdən-birə demədim baxın, bağ almışam. Sevmirəm bunu, olanı var, olmayanı var. Başa sala bilmərəm bunu necə, hansı əziyyətlərlə etmişəm. Mənə qarşı aqressiya onsuz çoxdur, bunu bir az da artıra bilmərəm".