
İsveçdə PKK tərəfdarları NATO-ya üzvlüyə qarşı çıxdı
İsveçin paytaxtı Stokholmda toplaşan bir qrup PKK/PYD tərəfdarı İsveçin NATO-ya müraciətinə etiraz ediblər.
Kanal.az xəbər verir ki, Stokholmda Norra Bantorget meydanında toplaşan qrup Sosial Demokrat Partiyasının binası önünə yürüş edib.
Terror təşkilatı PKK/PYD-ni simvolizə edən təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və İsveçin Türkiyənin istəklərini qəbul etməməsini tələb ediblər.
Aksiya zamanı terror tərəfdarları “hamımız PKK-çıyıq” şüarları səsləndirib. 200 nəfərlik nümayiş insidentsiz başa çatıb.
- Dünya
- 21 May 2022