6425e25a3b900202303232618

İstənilən deputatdan güclüyəm, siyasətə qatıla bilərəm- Faiq Ağayev

Xalq artisti Faiq Ağayev istənilən deputatdan güclü olduğunu bildirib.

Kanal.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi News24.az-a müsahibəsində deyib.

İfaçı "Deputat olmaq, siyasətə qatılmaq istəyirsinizmi" sualına özünəməxsus tərzdə cavab verib: 

"İstənilən deputatdan güclüyəm. Gəlsin biri Heydər Əliyev Sarayını doldursun, arxası ilə o qədər kütləni aparsın. Mənim siyasətim oxumağımdır. Seçki zamanı deputatlar bizə müraciət edir ki, seçicilərə şirin görünsünlər. Həyatımın hansısa dönəmində siyasətə qatıla bilərəm. Amma cari planlarıma daxil deyil".