6509368e82b49202309235006

“İş adamı başıma silah dirəyib, məni iki saat…” Məşhur azərbaycanlı tik-tokerdən ŞOK SÖZLƏR

“Tik-Tok” şəbəkəsində böyük izləyici səhifəsi olan, “Fidan 009” adlı profilin sahibi, Fidan adı ilə tanınan bloger sensasion paylaşım edib. O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər.

Bu barədə azinform.az saytı yazıb.

Blogger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur “Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs “Tik-Tok”da “Theone..550” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Həmin şəxs zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr “atıb”. Onların arasında hətta yaxın sevgi münasibətin olduğu da bildirilir.

Xanım blogger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Eyni zamanda bildirib ki, ona işgəncə verən İlham Qədimbəyli ölkədən qaçıb.