İrəvanda güclü partlayış: 1 ölü, 51 yaralı - VİDEO
İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib.
Kanal.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinə 6 yanğın-xilasetmə bölməsi və təcili tibbi yardım maşınları göndərilib.
Nazirlik çoxlu sayda yaralının olduğunu bildirib.
Erməni Teleqram kanallarının yaydığı məlumata görə, partlayış pirotexniki avadanlıqların yanması nəticəsində baş verib.
***
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
***
İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayıt artıb. Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xəstəxanalara 30 yaralı yerləşdirilib.
***
Ticarət mərkəzində baş verən partlayışda yaralananların sayı 51-ə çatıb.
- Manşet
- 14 Avqust 2022