İradə İbrahimovadan ÜZÜCÜ XƏBƏR: "Can aldığı, nəfəssiz qoyduğu..."

  • Şou biznes
  • 24 Yanvar 2022
İradə ibrahimova

Müğənni İradə İbrahimova koronavirusa yoluxub.

Kanal.az xəbər verir ki, sənətçi bu barədə şəxsi "Instagram" hesabında yazıb.

Onun sözlərinə görə, hazırda vəziyyəti elə də yaxşı deyil:

"Özümü tanıdığım ilk günden bəri "məsafə ""siz"siz bir günüm olmadı. Məsafə mənim qalxanım, bir parçam oldu. Covid-lə bərabər təkrar məsafə saxladıqlarım,geri çəkildiyim,yaxınıma yaxınlaşdırmadıqlarım da oldu. Covid-ə gəlincə gəldiyi kimi gedəcəyini bilirəm.Yaradan yaratdığı kimi yox da edəcək. Hələki vəzifə başında olduğunu da, bizləri tərbiyyə etdiyini, öyrətməyə çalışdığını da bilirəm. Duam, hər nə öyrətməyə gəlibsə başa düşərik, öyrənərik. Can aldığı, nəfəssiz qoyduğu vaxtlarda belə mənə dəyib-dolaşmadı. Bunun üçün mən də çox əmək verdim açığı. Yanıma yaxınlaşmamağı üçün çox səy göstərdim, amma olmadı. Ölümdən qorxduğum üçün deyil əlbəttə. Mən həmişə ölməkdən yox, öldürməkdən, pis bir işə səbəb olmaqdan, insanların yaşam sevinclərini əllərindən almaqdan qorxmuşam. Vəlhasil günlərdir evin ən "pozitiv"i olaraq sevdiklərimdən uzaq, otağıma bağlı şəkildə "neqativ"ə dönəcəyim günləri sayıram. Bağlı qapının arxasından həyatın davam etdiyinin şahidi olmaq məni həm sevindirir həm də düşündürür…Demək mən yox ikən də həyat mənsiz öz axarında, gözəl bir şəkildə davam edir.

Bu arada "yaxşıyam,narahat olmayın!" deməyi unutmuşam. Yatıb-qalxıb şükür etdiyim bir baxıcım var ki, sayəsində rahat keçirirəm. Bu səhər bir qızıma, bir də oğluma baxdım ve inşallah ataları kimi olarlar deyə dualar etdim. İnsanlıq uşağlarımıza balaca vaxtlarından öyrədilməlidir. Fərqi yoxdur istər qadın, istər kişi olsun vicdanlı, xoş görülü, mərhəmətli olmaq,əl uzatmaq insan olmaqla,insanlıqla əlaqəlidir. Səhər yeməyində günortanı, günorta da axşamı soruşan,uşağların dərsləri, işinin, mənim, evin yükünü alıb kürəyinə daşıyan canım həyat yoldaşım. Mən səndən çox razıyam, Allah da səndən razı olsun! Ürəyimdən xəstəlikdə, sağlıqda,yaxşı gündə, pis gündə deyərək illər öncə söz verdiyimiz günə, şahidlərinə salam olsun demək gəldi. Qabaqcadan xoş diləkləriniz, dualarınız üçün hər birinizə çox təşəkkür edirəm. Nə xoş mənə ki, dualarınızla, xoş diləklərinizlə geyinib-keçinəcəm. Yaxşı ki, varsınız! Sağlıq! Sağlıq! Sağlıq! Hər şeyin başı sağlıqdır! Gerisi təfərrüat".

Səma

Oxşar xəbərlər