İntim sirlərinə görə ərini öldürdü – Bakıda ŞOK EDİCİ CİNAYƏT - FOTOLAR
Hadisə zamanı xəsarət alan Rəna Sofiyeva ilkin izahatında göstərib ki, maskada olan 2 nəfər evlərinə basqın edib. Onlar həyat yoldaşını qətlə yetiriblər, özünə isə xəsarət yetirərək, evdən 4850 dollar və mobil telefonları ələ keçiriblər. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə uzun müddət araşdırma aparılsa da, heç kimi məsuliyyətə cəlb etmək mümkün olmayıb. Mərhumun atası hadisədə gəlinindən şübhələnib. Həmçinin, R. Sofiyeva da prokurorluğa izahatında yalan ifadə verib. Hadisədən 7 ay sonra o, şübhəli qismində saxlanılıb.
Kanal.az xəbər verir ki, lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, Araz Sofiyev 2019-cu ilin mart ayında 2003-cü ildən rəsmi nikahda olduğu Rəna Sofiyevanın ailəvi tanışları Mehman Xəlilovla intim münasibətdə olduğunu bilib. Yoldaşının bu barədə valideynlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, qadın anası və qardaşlarının yanında rüsvay olmasının qarşısını almaq üçün onu qətlə yetirmək qərarına gəlib.
Bu məqsədlə Rəna 2019-cu il iyulun 7-də saat 23 radələrində Araz evə qayıtdıqdan sonra ona psixotrop maddə verərək halsız vəziyyətə salıb. Əri qonaq otağındakı divanda uzanıb yatandan sonra gecə saat 2:45-də mənzilin giriş qapısını açıb, kənar şəxsi ya şəxsləri içəri buraxıb. Onlarla birlikdə ərinə qarşı müstəsna dərəcədə qəddarlıqla kəsici və küt alətlərlə çoxsaylı zərbələr vurmaqla onu xüsusi amansızlıqla qəsdən öldürüb. İş üzrə dindirilmiş Rəna Sofiyeva bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Kənd Təsərrüfatı texnikaları satan “4S” MMC-də aylıq 1350 manat əmək haqqı almaqla marketinq-menecer vəzifəsində işləyib. 2003-cü ildə Araz Sofiyev ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib: “Ailə qurduqdan sonra Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində yaşayırdıq. Araz müxtəlif şirkətlərdə ekspeditor, axırıncı dəfə dondurma zavodunda satış meneceri işləyib, 2017-ci ildən heç yerdə işləməyib. Araz işləmədiyi müddətdə bir neçə dəfə banklardan kreditə pul götürmüşəm. “Hyundai” markalı avtomobilimi 2018-ci ildə 10.000 manata qardaşım Salman Bayramova satdım, pulu dollara dəyişdim. Əvvəl başqa maşın almaq istəyirdim, lakin sonradan fikrimi dəyişib pulu oğlumun təhsili üçün saxladım.
İstintaq fotosu
öldürən şəxslərin üzündə qara rəngli maskalar olub, onlar rus dillində danışıblar.
Zərərçəkmiş şəxsin hüquqi varisi Qinyaz Sofiyev ifadəsində göstərib ki, iyulun 6-da oğlu Arazgildə bir qədər oturduqdan sonra saat 19 radələrində ordan çıxıblar:
“Oğlum aşağı düşüb bizi yola saldı. Onların evində olanda ailələrində hər hansı problemin olduğunu müşahidə etmədim. Ayın 7-si gecə saat 3:50-də Rənanın qardaşı Əli mənə zəng edərək Arazın kiminləsə dalaşdığını dedi. Oğlumun və gəlinimin telefonlarına zəng çatmadı. Arvadım və oğlu Ayazla birlikdə dərhal Yeni Günəşli qəsəbəsinə yollandıq. Evə girəndə dəhlizdə və otaqda qan ləkələrini gördük. Arazın meyiti qonaq otağında, divanın üzərində yarı uzanıqlı vəziyyətdə qana bulaşmış vəziyyətdə idi. Bir qədər sonra Rəna sol qolu sarıqlı vəziyyətdə xəstəxanadan gəldi. Gəlinim qısa olaraq iki nəfərin evlərinə girib Arazı bıçaqla vurduğunu və ona da xəsarət yetirdiyini dedi. Oğlum ailəcanlı, mülayim, haqsızlıqla barışmayan, heç kimlə ədavəti olmayan biri idi. Arazın heç kimə pul borcu olmayıb, olsaydı bu barədə mənim, qardaşlarının və anasının mütləq xəbəri olardı. Axırıncı dəfə onu həyətdən yola salanda da, Araz pula ehtiyacının olmadığını dedi. Araz yaxın günlərdə Gürcüstana maşın almağa getməyi planlaşdırırdı. Oğlumla gəlinimin münasibəti yaxşı olub. Hadisədən sonra oğlum Azərin sözlərindən bildim ki, bir neçə gün əvvəl Araz ona Rənadan boşanmaq istədiyini, yaxın vaxtlarda ailə üzvlərini yığıb, bu barədə bizə məlumat verəcəyini deyibmiş”.
Cinayət işi üzrə ittiham aktı
Bölməsinə çağırdı. Yolda olarkən dostum İlham Kazımov mənə zəng edib “Araza nəsə olub, hamı facebokda şəklinin altında “Allah rəhmət etsin” yazır dedi. Bölmədən Suraxanı rayon prokurorluğuna gələndə öyrəndim ki, Araz qətlə yetirilib. Rəna Sofiyevanın istintaq tərəfindən tutulmasını kütləvi informasiya vasitələrindən öyrəndim”.
Qətl olan otaq
Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Rəna Sofiyevanın ətrafında əməliyyat tədbirləri keçirilib. Nəticədə məlum olub ki, anası evdə şkafın arxasında gizlədilmiş noutbukun hələ də polis əməkdaşları tərəfindən tapılmadığını bildirib. Rənanın anasına təmkinli olmağı və noutbukun yerini dəyişdirməyi tapşırdığı üzə çıxıb. Qeyd olunan məlumat 2020-ci il fevralın 22-də Suraxanı rayon Polis İdarəsinə təqdim edilib. Rəna Sofiyeva məsuliyyətdən yayınmaq məqsədi ilə guya səhhətində psixoloji problemlərin olduğunu göstərməyə çalışıb. Araz Sofiyev onun Mehman Xəlilovla intim münasibətdə olmasından xəbər tutduqdan sonra, mütəmadi evdə qalmaqal salıb. Yaranmış xoşagəlməz vəziyyətə və xəyanət etməsi ilə bağlı yayılan söhbətlərə son qoymaq məqsədi ilə qətlin Rəna Sofiyeva və ya onun təhriki ilə digər şəxslər tərəfindən törədildiyi istisna edilmir.
Həmin noutbuk istintaq orqanı tərəfindən ələ keçirilsə də, içərisindəki məlumatları əldə etmək mümkün olmayıb. Bununla əlaqədar Rəna Sofiyeva, kompüteri xüsusi proqramla bağladığını, işi ilə bağlı olduğu üçün parolu heç kimə verməyəcəyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəna Sofiyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
- Ölkə
- 20 Aprel 2024