İnsanlar 2050-ci ildə belə görünəcək - FOTO
Ölkə.az söz.az-a istinadən yuxu mütəxəssisi Sofi Bostok bununla bağlı "Hanna" adlı personaj yaradıb.
Bildirilib ki, "Hanna"erkən qocalma, saç tökülməsi və digər sağlamlıq problemlərini əhatə edə bilən xroniki yuxu çatışmazlığının təsirlərindən əziyyət çəkən qadının vizual görüntüsüdür.
Mütəxəssi Z nəslinin yorğunluq epidemiyasının ortasında olduğunu söyləyib.
Tədqiqatlar göstərib ki, yuxu olmaması sirkadiyalı ritmləri pozaraq sağlamlığın bir çox aspektlərinə təsir edir.
Xroniki yuxu çatışmazlığı piylənmə, ürək, 2-ci tip diabet kimi xəstəliklərin inkişaf riskini artırır.
"Hanna"nın görünüşü yuxu çatışmazlığının bədənə, o cümlədən beyinə, immunitet sisteminə, dəriyə, saçlara və əzələlərə necə təsir etdiyini göstərən elmi araşdırmaya əsaslanır.
Bununla belə, ondan çəkinmək lazım deyil. Əslində, bu qorxulu qadın ingilis yataq otağı mebel pərakəndə satışı üçün reklam inteqrasiyasının bir hissəsidir.
- Maraqlı
- 18 Dekabr 2024