İmran Xandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: Başqa yolunuz yoxdur

  • Dünya
  • 14 Fevral 2022
İmran xan

ABŞ-ın Əfqanıstanda terrorizmə qarşı mübarizəsi ölkədə daha çox terrorçunun meydana gəlməsinə səbəb oldu.

Kanal.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri İmran Xan deyib.

O bildirib ki, ABŞ bu yöndə fəaliyyəti ilə bağı amerikalılara yalan söyləyir:

“Kəndlərdə partlayan bombalar necə terrorçuları hədəfləyə bilər? ABŞ pilotsuz uçuş aparatları ilə bağlı siyasətinə yenidən nəzər yetirməlidir”.

Pakistan baş naziri qeyd edib ki, Əfqanıstanda ölkəsi ABŞ-la birgə hərəkət etdiyinə görə intiqam xarakterli hücumlara məruz qalıb:

“Bütün ölkə ərazisində kamikadzelər var idi. 80 min insan itirdik”.

İmran Xan onu da əlavə edib ki, Əfqanıstanda Talibanın alternativi yoxdur və Vaşinqtonun onlarla diplomatik münasibətlər qurması gərəkdir.  / axar.az

Oxşar xəbərlər