İmişli hadisəsinin arxasında İran izi - Avtomobili isə yeniyetmə idarə edirmiş / TƏFƏRRÜAT
İmişlidə baş verən avtoqəza nəticə etibarı ilə ağır hadisədir. Hadisə nəticəsində iki azyaşlı həlak olub, biri Bakıya gətirilib, digəri isə komadadır. Hadisə ehtiyatsızlıqdan baş verən cinayət əməlidir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi açıldığını bildirib. Araşdırma aparılacaq, hadisəyə hüquqi qiymət veriləcək".
Bu fikirləri Demokrat.az-a açıqlamasında İmişlinin sabiq deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
Çingiz Qənizadə bildirib ki, İmişli hadisəsi ilə bağlı onu narahat edən başqa məsələlər var:
"Bu məsələ bir qrup İmişli sakininin baş vermiş hadisəyə reaksiyasıdır. İmişlidə əlaqə saxladığım bir çox seçicilərim bildirir ki, hadisə yerinə gələn bir qrup vətəndaş xəsarət alan şəxləri yadlarından çıxararaq, tamamilə fərqli şüaurlar səsləndiriblər. Həmin şəxslər "Taleh Bağırlıya azadlıq" şüarını səsləndirərək, polis maşınına hücum çəkiblər.
Görüntülərdən aydın olur ki, bu şəxslər kimlərsə tərəfindən təhrik edilərək hadisə yerinə gətirilib. Məqsəd baş verən hadisəni siyasi məcraya yönəltməklə özlərinin çirkin niyətlərini təbliğ etməkdir. Hətta, onların qarşısına çıxan bir neçə polis əməkdaşı ilə əlbəyaxa dava edib, polisə xəsarət yetiriblər. Polisə qarşı bu cür davranış, texniki avadanlıqlara ziyan yetirmək qəbuledilməzdir".
Hüquq müdafiəçisi qeyd edib ki, baş vermiş hadisədən sui-istifadə etmək və kimlərinsə divident əldə etməyə çalışması onu daha da incidir:
"Aparılan araşdırmalar zamanı hadisədən sonra polis əməkdaşlarına güc tətbiq edən və əmlaka zərər vuranlarla bağlı saxlanılanlar var. Bir ağır hadisə nəticəsində digər ağır hadisə meydana gəlib. Bunların hamısının arxasında müəyyən çirkin niyətli qüvvələr dayanır. Onlar insanları təxribata təhrik etməklə özlərinin siyasi niyətlərini reallaşdırmaq istəyirlər. Ölkədə ictimai siyasi sabitlik hökm sürdüyü üçün müəyyən qüvvələr bu sabitliyin pozulması üçün çalışır. Həm xaricdən, həm də sosial şəbəkələr üzərindən hüquq mühafizə orqanlarının hərəkətlərinə başqa don geyindirərək, onları gözdən salmağa, xalqın inamını azaltmağa çalışırlar.
10 il deputat olduğum İmişlidə mənə xoş münasibəti olan bütün insanlara səslənirəm ki, tam sabitliyin qorunmasına nail olunsun, bu cür təxribatlara gedilməsin. Hər bir halda hadisə ehtiyatsızlıqdan baş verib. Sükan arxasında kimin olmasından asılı olmayaraq, heç kim bu cür avtoqəzalardan sığortalanmayıb. Hər kəs əmin olsun ki, hadisəyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun qiymət veriləcək".
***
İmişlidə baş verən dəhşətli qəzanın yeni təfərrüatı məlum olub.
Kanal.az Lent.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub.
Bildirilib ki, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan "Mersedes-Benz" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib.
Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP əməkdaşının idarə etdiyi avtomobilin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıblar.
- Gündəm
- 19 Yanvar 2025