İlham Əliyevlə birgə hazırladığımız platforma... - Ərdoğan Rəisi ilə nələr danışıb?

  • Siyasət
  • 23 Yanvar 2022
Əliyev Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantısını Türkiyədə keçirmək planlarını açıqlayıb.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyə lideri iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığında bildirib.

Ərdoğan İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir.

Onun sözlərinə görə, Ankara Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hazırladığı 3+3 platforması çərçivəsində daha bir görüşü Türkiyədə keçirməyi planlaşdırır.

Qeyd edək ki, 3+3 formatında ilk görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Oxşar xəbərlər