İfası ilə hər kəsi heyran edən 10 yaşlı Nuray gələcəkdə riyaziyyat müəllimi olmaq istəyir - VİDEO
Kanal.az xəbər verir ki, Nuray qısa müddət ərzində sosial şəbəkə fenomeninə çevrilib. İzləyicilər onun böyük gələcəyi olduğunu, səsinin Xalq artisti Şövkət Ələkbərovanın avazına çox bənzədiyini qeyd ediblər.
Nuray den.az-a bildirib ki, O, musiqi duyumunu körpəliyindən hiss edib. Evdə başqa xanəndə olmasa da, oxumağa 3-4 yaşından başlayıb. Hazırda 10 yaşı olan Nuray dörd ildir ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alır.
Nurayın özünü ilə bağlı planlarıda var. Sən demə gənc xanəndə gələcəkdə Riyaziyyat müəllimi olmağı düşünür.
Nuray Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. Dərslərini də yaxşı oxuyur. Riyaziyyata meyli çoxdur. Dilimizi də sevir. Əlaçıdır. Musiqi üzrə də sırf xanəndəlik ixtisasında təhsil alır. Nurayın çox gözəl diksiyası var.
Nurayın videosunu sosial şəbəkədə paylaşılması onun üçün gözlənilməz olub. Sevincinin həddi hüdudu yoxdur.
Valideynləri Nurayın gələcəkdə təhsilli musiqiçi olmasını istəyir.
- Ölkə
- 14 İyul 2023