663f1e0c90967202405242812

“Hizbullah” Kiryat Şmona şəhərinə kütləvi raket zərbələri endirdi - FOTO/VİDEO

“Hizbullah”ın Livandan İsrailin Kiryat Şmona şəhəri istiqamətində həyata keçirdiyi raket hücumları nəticəsində onlarla ev və avtomobilə ziyan dəyib. Həmçinin şəhər yaxınlığında meşə yanğınları başlayıb.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti xəbər verib.

Məlumata görə, 10 yanğınsöndürmə briqadası yanğının yayılmasının qarşısını almağa çalışır.  Ancaq güclü külək alovu gücləndirir və yanğınsöndürənlərin işini çətinləşdirir.

O da qeyd edilir ki, Kiryat Şmonanın atəşə tutulmasına cavab olaraq SAXAL Livanın cənubundakı kəndlərdə “Hizbullah”ın beş binasını və mövqelərini havadan məhv edib.