
Pakistan 5 qırıcı məhv etdi, Hindistan ağ bayraq qaldırdı: Kəşmirdə... - VİDEO
Pakistan Hərbi Hava Qüvvələri daha bir neçə Hindistan təyyarəsini vurub.
Kanal.az xəbər verir ki, bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla 5 Hindistan təyyarəsini vurub”, - telekanalın mənbələri qeyd ediblər.
Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib.
Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.
***
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.
Kanal.az Samaa TV-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın informasiya naziri Attaullah Tarar açıqlayıb.
Onun sözlərinə görə, Hindistan tərəfi ağ bayraq qaldıraraq məğlubiyyətini etiraf edib.
Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.
- Dünya
- 07 May 2025