Fevralın 16-da Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı 100 faiz məlumat varsa, bizə bu əlavə məlumatı verin. Bu gün bu məlumat hövzəsində dərin və tammiqyaslı müharibə üçün intensiv məlumatlar var. Hətta bunun üçün tarixlər də açıqlanıb.
Kanal.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ mətbuatının fevralın 16-da Rusiyanın Ukraynanı işğal edəcəyi xəbəri ilə bağlı danışarkən deyib.
"Biz bilirik ki, hər an Rusiyanın hücumu ehtimalı ilə bağlı sürprizlərlə qarşılaşa bilərik. Özümüzə güvənirik. Biz başa düşürük ki, bu cür təşəbbüslər əvvəlcədən xəbərdarlıq edilmədən baş verəcək. Ona görə də hər şeyə hazır olmağa çalışırıq. İstənilən tərəfdən, istənilən sərhəddən istənilən addıma hazırıq. Hesab edirəm ki, bizim ekspertlər, kadrlar, nazirliklər, hərbçilər çox ciddi səviyyədə işləyirlər.
Eyni zamanda, sərhəd ərazilərimizdə də təlimlərimiz olacaq. Planla hərəkət edirik. Ona görə də heç kimdən qorxmuruq, panikaya düşməyin, hər şey nəzarət altındadır”, - deyə Zelenski bildirib.//axar.az