643d3d80c2240202304233720

Həmyerlimiz İspaniyanın məşhur layihəsində hamını çoşdurdu - VİDEO

Azərbaycanlı tanınmış sirk ustası Üzeyir Novruzov İspaniyanın məşhur layihəsində qatılıb.

Kanal.az xəbər verir ki, “Got Talent Espana” layihəsinə qatılan Üzeyir əvvəlcə özü barədə danışıb. Ardınca bir sıra nümayişlərdən sonra o məşhur nərdivan şousunu nümayiş etdirib. Üzəyir “American Got Talent” müsabiqəsində yarımfinala çıxdığını xatırladıb. O bildirib ki, aldığı zədə səbəbindən altı metrlik nərdivandan yıxılıb. Üzeyirin İspaniyada şou göstərdiyi nərdivanın uzunluğu isə az olub.

Qeyd edək ki, Üzeyirin şousu münsif heyəti tərəfindən bəyənilib və o, növbəti mərhələyə keçib.