“Həmin gecə 8 min erməni əsgəri əsir düşəcəkdi” - Lakin son anda... / Sensasion açıqlama

  • Ölkə
  • 25 Yanvar 2023
63d0f0029014d202301230154
  • Oxunub: 742

“2020-ci ilin 9 noyabrında silahlı qüvvələrimiz, xüsusən də xüsusi təyinatlılarımız Laçın dəhlizinə çıxıb yolu bağlayanda Ermənistan ordusunun şimal qruplaşmasındakı 10-cu dağatıcı diviziyanın hərbçiləri avtomatik olaraq əsir düşürdülər. Çünki Laçın dəhlizi onlar üçün əsas nəfəslik idi. Buna görə də o vaxtı I Ümumqoşun Ordusunun Qarabağdakı komandlığı, əsas da Seyran Ohanyan, Araik Arutyunyan və digərləri Baş nazir Nikol Paşinyana zəng edirdilər ki, müharibə təcili dayandırılmalı və 3 rayon Azərbaycana  verilməlidir. 

Çünki qeyri-qanuni birləşmələrin hamısı avtomatik əsir düşürdü, onların bölgəni tərk etməyə yolu yox idi və müqavimət göstərmək iqtiarıında deyildilər. Ermənistan həmin gecə kapitulyasiya aktına imza atmasaydı, düşmənin 6-8 min hərbçisi əsir düşəcəkdi. Ya da biz onların hamısını məhv edəcəkdik”. 

Bu sözləri Yenisabaha.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib. Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan kapitulyasiya aktını imzalamaqla 10-cu dağatıcı diviziyanın hərbçilərinin sağ qalmasını təmin etdi: 

“Təəssüf ki, sonradan Rusiya da öz öhdəliyini yerinə yetirmədi və onları bölgədən çıxarmadı. Ruslar bölgəyə gələndən sonra bu qruplaşmanı yenidən təşkilatlandırıb indiki hala gətirdilər. Amma bu, ciddi bir hərbi güc deyil. Xüsusən də silahlı qüvvələrimizin orada olması onları böyük qorxuya salır. Buna baxmayaraq, onlar tərki-silah olunmalıdır. Bunun da 3 variantı var: ya həmin hərbçilər silahlarını yerə qoymalı, ya Ermənistana çıxıb getməli, ya da Azərbaycan antiterror əməliyyatı keçirib bunları məhv etməlidir. Bunun üçün də bizə 3 gün bəs edir. Hətta birinci zərbəylə onlar ağ bayraq qaldıracaqlar. Onların ən yaxşı seçimi silahı yerə qoymaqdır.

Oxşar xəbərlər