664a30c499bd1202405240300

Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..." - VİDEO

İran Prezident Seyid İbrahim Rəisini daşıyan helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşə sahəsində qəzaya uğrayıb.


Bu barədə əraziyə yaxın kəndlərdə yaşayan hadisə şahidləri məlumat veriblər/


Onlar bildiriblər ki, qəzadan bir saat əvvəl ərazidən səslər eşidiblər.


Qəza bölgəsinə PUA və axtarış-xilasetmə itləri də daxil olmaqla 20-dən çox yardım qrupu göndərilib.


Axtarış işlərinə kömək etmək üçün bölgəyə silahlı qüvvələrdən xüsusi təyinatlılar da göndərilib.


Əlverişsiz hava şəraiti səbəbindən xilasetmə işlərinin vaxt apara biləcəyi bildirilib./publika.az


Görüntülərdə prezidentin helikopterinin qəzaya uğradığı ərazi əks olunub: