6660f36223c26202406242314

Hakerlər Ukraynaya tank hazırlayan şirkətin saytını məhv etdilər

Rusiyalı hakerlər Ukraynaya “Leopard” tanklarını təmir edən İspaniya şirkəti "Santa Barbara Systems"-in saytına kiberhücum ediblər. Hücum, "NoName" haker qrupu tərəfindən həyata keçirilib. Bu şirkət, İspaniya ordusu üçün ağır hərbi avadanlıq istehsal edir və Ukrayna üçün tankları təmir edir. NATO, Rusiyanın üzv ölkələrdə şirkətlərə qarşı gücləndirilmiş hibrid hücum kampaniyalarının arxasında olduğunu bildirmişdi, lakin Rusiya bu ittihamları rədd edib