64004d313e3be202303231601

Hacı Şahinlə vida mərasimində duyğulu mənzərə / FOTOLAR

Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.

Kanal.az xəbər verir ki, ilahiyyatçı ilə vidalaşmaq istəyənlər Məşədi Dadaş məscidinə toplaşıb.

Tanınmış din xadimi "Qurd qapısı" qəbiristanlığında saat 16:00-da torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.