61f80eda3f56c_grcstan

Gürcüstan da silahlanmağa başladı

Gürcüstan hökuməti ABŞ-dan 30 milyon dollarlıq “Javelin” tank əleyhinə sistemlərin yeni partiyasını almaqla bağlı qərar qəbul edib.

Kanal.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, 2021-ci ildə ABŞ Dövlət Departamenti Gürcüstana 30 milyon dollar dəyərində “Javelin” sistemləri satmağa qərar verib.

Birləşmiş Ştatlar ilk dəfə 2017-ci ildə Gürcüstana “Javelin” sistemləri satmaq qərarına gəlib. Sistemlər 2018-2019-cu illərdə Gürcüstana tədarük edilib. Bura ümumi dəyəri 75 milyon dollar olan 410 “Javelin” raketi və 72 komanda və yanğın məntəqəsi daxildir./Teleqraf.com