GÖZLƏNİLMƏZ TƏKLİF: "İstəyirsənsə Moskvaya gəl"

  • Dünya
  • 28 Yanvar 2022
putin zelenski

“Ukrayna prezidenti Vladimir Zelenski münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə Moskvaya gəlsin”.

Kanal.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Moskva Kiyev ilə müzakirəyə hazırdır, Zelenski istəyirsə Moskvaya ya da Soçiyə gələ bilər. Diplomat iddia edib ki, Ukrayna ətrafındakı məsələ ABŞ tərəfindən gərginləşdirilir.

“Amerikalı politoloqlar özləri də etiraf edirlər ki, ABŞ Zelenskidən vəziyyəti gərginləşdirmək üçün istifadə edir. ABŞ ümumiyyətlə Ukrayna və Rusiya ətrafında gərginliyi artıraraq məqsədinə çatmaq daha sonra isə bu məsələni bağlamaq istəyir. Bundan sonra ABŞ Çin ilə məşğul olmaq istəyir” - deyə Lavrov bildirib. 

Oxşar xəbərlər