Rusiyanın Ukraynanın Dnepr şəhərindəki yaşayış binasını bombalamasından sonra görüntüsü ilə gündəm olan Anastasia Şveys adlı qadın mediaya açıqlama verib.
Kanal.az xəbər verir ki, qadın bildirib ki, hücum zamanı o yatağında olub. Raket zərbəsində sonra evin bir hissəsi çöküb. Lakin o ciddi xəsarətlər almayıb. Hadisə zamanı qadının anası və atası da evdə olsa da, hələlik onları tapmaq mümkün olmayıb. Qadın bildirib ki, o bir müddət əvvəl sevgilisini Rusiya ordusu ilə müharibədə cəbhədə itirib: "O gündən bəri yaşamırdım. Sadəcə varam".
Qeyd edə ki, hücum zamanı 40-a qədər dinc sakinin həlak olduğu bildirilir.