
Bu müğənnilərə efir qadağası qoyuldu - Geyimini bilməyən, bayağı... - Şok
Azərbaycan efirlərində bir sıra bayağı ifaçılara qadağa qoyulub.
Kanal.az saytının əldə etdiyi məlumata görə,artıq bir həftədir ki, mövcud qadağa tətbiq olunur.
Efirlərin belə bir tədbiri görməsinə səbəb bəzi bayağı ifaçıların televiziya verilişlərində ifa etdikləri mahnılar,geyimləri və danışıq tərzləri olub.
Əldə etdiyimiz məlumata görə,bundan sonra bayağı ifaçıları daha çox muğam ifaçıları,klassik estrada müğənniləri,xalq və əməkdar artistləri əvəz edəcək.
Artıq qeyd olunan qadağa bir sıra verilişlərdə özünü göstərir. /oxu24.com
- Cəmiyyət
- 29 Aprel 2025