661e7f178ffb9202404243727

Gəncədə şok hadisə: "Qonşu dedi ki, arvadınla dünən Daşkəsəndə..." - Xəyanət edən qadının DƏHŞƏTLİ ÖLÜMÜ

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Əfqan ailə münaqişə zəminində həyat yoldaşı Nəsibəni (adlar şərti verilib.) qətlə yetirib.


Kanal.az Teleqraf.com-a istinadən bildirir ki, Əfqan 2016-cı ildən nikah münasibətlərində olduğu arvadı Nəsibənin ona xəyanət etməsindən şübhələnib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib.

O, niyyətini həyata keçirmək məqsədi ilə 23 iyun 2022-ci ildə Azərbaycan Texnologiya Universiteti ilə üzbəüz yerdə azyaşlı övladı Səlimin anası tərəfindən bağçadan götürüləcəyini bilib və orada gözləyib.

Nəsibənin digər oğlu Vüqarla gəldiyini görib və onlara yaxınlaşıb. Nəsibə ilə həmin ərazidə bərbərxananın qarşısında söhbət etdiyi zaman xəyanət edib-etmədiyini müəyyənləşdirmək məqsədilə "Samsung" markalı mobil telefonunu onun əlindən alıb.

Nəsibə telefonu qaytarmağı tələb edəndə telefonu cibinə qoyub və şalvarın belində olan bıçağı götürüb. Övladlarının gözləri qarşısında Nəsibəyə 7 zərbə vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

"Xəyanət etməsindən şübhələndim"

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, arvadı və övladları ilə birlikdə yaşayıb:

"Ailə həyatı dövründə münasibətlərimiz çox yaxşı olub. 2022-ci ilin əvvəllərindən münasibətimiz pisləşməyə başladı. Həmin il iyun ayının əvvəllərindən Nəsibənin mənə xəyanət etməsindən şübhələndim. Buna səbəb telefonunu əvvəllər açıq vəziyyətdə qoyduğu halda, həmin vaxtlar kilidli vəziyyətdə saxlaması, telefonuna baxmaq istədikdə mənə maneçilik törətməsi oldu. Telefonun kilidini açmağımı istədikdə Nəsibə buna imkan vermirdi".

"Araşdırma aparıldı"