İraqda toy mərasimi zamanı xoşagəlməz hadisə baş verib.
Kanal.az xəbər verir ki, toy zamanı musiqi sifarişinə görə, ailələr arasında qarşıdurma baş verib. Bildirilir ki, bəyin qohumları ilə gəlinin qohumları əlbəyaxa dava edib. Bir müddətdən sonra dava səngiyib. Lakin ailələr arasında qarşıdurma gəlinlə bəyin boşanmasına səbəb olub. Bir neçə saat əvvəl evlənən cütlük boşanıb.