63f321db16708202302233139

Fulya Öztürkün suallarını cavablandıran azərbaycanlı xilasedici canlı yayımda duyğulandı

Türkiyənin Kahramanmaraş vilayətində axtarış-xialsetmə işlərini davam etdirən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri “Cnn türk” televiziyasına açıqlamalar veriblər.

Kanal.az xəbər verir ki, Fulya Öztürkün suallarını cavablandıran xilasedicilər bildiriblər ki, onlar hələ bir müddət zəlzələ bölgəsində qalacaqlar. Xilasedicilərin sözlərinə görə, əksər ərazilərdə axtarış işləri başa çatıb və hazırda dağıntıların ərazidən daşınması işləri həyata keçirilir. Xilasedicilər dağıntılar təmizlənərkən hər ehtimala qarşı əraziyə baxış keçirir. Xilasedicilərimiz zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı veriblər.

Xilasedicilərimizin açıqlama verərkən duyğulanması diqqətdən qaçmayıb. Qeyd edək ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. / Metbuat.az