65eea6e29ec06202403243826

Fındıq qabığı görün nəyə dərman imiş - RESEPT

Bu gün çoxlarımızın lazımsız bilərək zibil qutusuna atdığı fındıq qabıqlarından tibbdə xərçəng əleyhinə dərman hazırlandığını bilirdiz? Hətta qadınlar qədim zamanlardan hamilə qalmaq üçün fındıq qabıqlarını qaynadıb, suyunu içirmişlər. Mədə-bağırsaq xəstəlikləri, sidik yolları və soyuqdəyməyə kimi bir çox xəstəlikləri sağaldan fındıq qabığı çayı haqda sizə məlumat verəcəm.

Mütəxəssislər sağlam yaşamaq üçün hər gün bir ovuc fındıq yeməyi tövsiyə edir. Yaxşı, bəs yediyimiz bu 1 ovuc fındıq nələrə faydalıdır?

Ürək-damar sağlamlığını qoruyaraq profilaktik təsir göstərir.
Beyin sinirlərini qoruyur və sinir sistemində yaşa bağlı dəyişiklikləri azaldır.
Alzheimer riskini azaldır və beyin funksiyalarını tənzimləyir.
Depressiya və psixoloji pozğunluqların qarşısını alır.
Tərkibində B16 vitamini olduğu üçün xəstəliklərin qarşısını alaraq immuniteti gücləndirir.
Tərkibindəki sağlam yağ sayəsində pis xolesterinin qarşısını alır
Bədəndəki digər yağların yanmasını sürətləndirir.
Şəkər və şəkər xəstəliyinə qarşı faydalıdır.
Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün bədəndən zəhərli maddələrin çıxarılmasına kömək edir. Antioksidanların olması da yaşlanmanın qarşısını alır.
Bədənə enerji və canlılıq verir.
Lif mənbəyi olaraq bağırsaqları rahatlamağa və zəiflətməyə kömək edir.
Maqneziumla zəngin olduğu üçün sümükləri gücləndirməyə və sağlam saxlamağa kömək edir. Həmçinin əzələ ağrılarını aradan qaldırır.
Xərçəng və şiş əmələ gəlməsinin qarşısını alaraq E vitamini balansını qoruyurFındığın içi qədər qabığı da faydalıdır. Fındıq qabığının tərkibində xərçəng əleyhinə maddələr olduğu üçün tibbdə hazırda ondan istifadə edilir. Tərkibindəki paklitaksel adlı maddə xərçəngə qarşı çox yaxşı təsir göstərdiyi üçün xərçəng dərmanlarına əlavə edilir. Deməli bizim lazımsız bilib atdığımız fındıq qabıqlqrı çox faydalı imiş… 

Son araşdırmalar göstərir ki, fındıq qabığı ən az fındıq ləpəsi qədər faydalıdır. Fındıq qabığı çayı nizamlı olaraq istehlak edildikdə xərçəngi azaldır, bəlğəmgətiricidir, böyrək və sidik kisəsi iltihabına qarşı, həmçinin bağırsaq xəstəliklərində faydalıdır. 
Fındıq qabığı qaynadılıb suyu içilsə, soyuqdəymə və qripə xeyirlidir, öskürəyi dayandırır, malyariya və epilepsiyaya qarşı təsirlidir. Fındıq qabığı çayı sidik yollarının infeksiyaları üçün də müalicəvi xüsusiyyətlərə malikdir. Hətta qadınlar qədim zamanlardan hamilə qalmaq üçün bu çaydan istifadə edirlər.
Fındıq qabığının evdə istifadəsi qaynama üsuludur. Bu yolla onun birləşməsindəki maddələri aşkar etmək olar. Fındıq qabığı qaynadılaraq suyu istifadə edildikdə bağırsaqları rahatlaşdırır və bağırsaq florasını qoruyur, yüksək antioksidantlarla təmin etməklə yanaşı, qanı zərərli maddələrdən qoruyaraq ürəyi və damarları gücləndirir.
Fındıq qabığı çayının hazırlanması:
Fındıq qabıqlarınızı bol su ilə yaxşıca yuyun. Bir litr suya bir ovuc qabıq əlavə edin və 5-10 dəqiqə qaynadın. Sonra ocaqdan götürüb yenidən 10 dəqiqə dəmlənməsini gözləyin. Süzülmüş çaya hətta 1 çay qaşığı bal da əlavə edə bilərsiniz. (İstəyə görə). Gündə yalnız iki stəkan fındıq qabığı çayı içmək məsləhət görülür.
Fındığın özü və qabıqları qədər yağı da insana çox faydalıdır. Bu yağ bir çox xəstəliyə qarşı istifadə edilir.
Fındığın tərkibində insan sağlamlığı üçün çox keyfiyyətli və faydalı yağ turşuları var. Onlar əczaçılıq sənayesində, eləcə də bir çox kosmetik sənayedə geniş istifadə olunur. 

Fındıq Yağının Dəriyə Faydaları Nələrdir? Necə istifadə etməli?
Fındıq tərkibində yüksək miqdarda E vitamini ehtiva edir. Dəriyə qulluq vasitələrində fındıq yağı ilə əldə edilən E vitamininə üstünlük verilir. Yaşlanma əleyhinə vasitə kimi istifadə olunur. Dərinin müqavimətini artıran bu yağ dərinin masajında da çox təsirlidir. Günəşin yaratdığı dəri ləkələrinə qarşı istifadə olunur. Dərini cavanlaşdırır və sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Saça Qulluqda Fındıq Yağından Necə İstifadə Edilir?
Fındıq yağının digər bir faydası da saç baxım vasitələrində üstünlük təşkil etməsidir. Saçların kökləri üçün çox faydalı olan bu yağ saç köklərinə masaj edilərək istifadə edilir və bir müddət gözlədikdən sonra yaxşıca yuyulub yaxalanmalıdır. Beləliklə, saçlar parlaq və təbii olur. Həmçinin bu yağ bir çox kosmetik sahədə istifadə olunur.