663cab8cea7c6202405245508

"Finala keçə bilmədi" yox, "qoymadılar" - Flora Kərimova - FOTO

Bu il İsveçin Malmö şəhərində keçirilən “Avroviziya-2024” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fəxri İsmayılov və İlkin Dövlətovun finala keçə bilməməsi müzakirələrə səbəb olub.


Ölkə.Az xəbər verir ki, bir qisim iştirakçılarımıza haqsızlıq edildiyini düşünsə də, digər qisim səhnə geyimi, ifa və s. qüsurlar olduğunu deyir.


Ətraflı

Ads by  

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Müzakirələrə qoşulanlar arasında Xalq artisti Flora Kərimova da var. O, sosial şəbəkədəki paylaşımı ilə təmsilçilərimizə dəstəyini ifadə edib:


"Finala keçə bilmədi" yox, "finala keçməyə qoymadılar" - xəbər başlıqlarını belə yazardım. Sizi təbrik edirəm, ən böyük uğurunuz və layiqli təmsil etməyinizdir. Dünya yarandığı zamandan mütləq ədalət olmayıb. Dünyanın iyrəncləşmiş indiki dövründə dəyər ummaq, illah da hər bir şeyin, bütün müqədəslikləri ərimiş insanların əlində olduğu halda... Əminəm ki, bu yolda çıxdığınız andan buna hazır idiniz. Sənətinizin ilk pillələrindəsiniz. Böyük addımlarla irəli və bu yüksəlişinizə uğur diləyirəm. Vətən sizi sevir, millət sizi sevir, mən sizi sevirəm. Bir daha təbrik edirəm".