
Fazil Mustafanın güllələnməsinin şok təfərrüatları
Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa evinin önündə güllələnib.
Kanal.az xəbər verir ki, Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a açıqlamasında deputata Zabrat qəsəbəsində yerləşən evinin qarşısında maşınını saxlayıb düşərkən avtomat silahdan çoxsaylı atəş açılıb.
Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən yalnız ikisi ona dəyib – biri çiyin nahiyəsindən, digəri ayağından.
Millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.
- Ölkə
- 28 Mart 2023