65fef05fc5fea202403240815

Fahişələrin sayı niyə ARTIR? - Azərbaycanda intim xidmətlər və QİYMƏTLƏR

SSRİ dövründə də pula görə bədənini satanları cəzalandırmaq üçün xüsusi kodeks olmayıb.

Fahişəliyin Azərbaycanda daha çox SSRİ dövründə yayıldığını qeyd etmək istəyirk ki, kimsə məqalədə qırmızı terror yuvası olan Sovet İttifaqının təbliğatı kimi iyrənclikləri axtarmasın. Lakin qabartmaq istədiyimiz problemin təhlili üçün bəzi faktları göstərməliyik: 

– SSRİ dövründə fahişə xidməti köhnə məzənnə ilə 2,5-10 rubl olub. Sovet dövründə bir şüşə arağın 2.8 rubla olduğuna görə, indiki pulla pozğun qadınların intim haqqı 5-20 manat idi.

– Fəhlə hökuməti kimi tanınan ittifaqda peşələr üzrə maaş daha çox olduğu üçün qadınlar ixtisası üzrə çalışmağa üstünlük verirdilər və pozğunluq trendə çevrilmirdi.

Azərbaycan müstəqillik əldə edəndən sonra fahişələr kiçik bazarlıq müqabilində də intim xidmət göstərirdilər. 2000-2004-cü illərdə bu xidmət 1-2 “şirvan”a (indiki pulla 1-2 manat) idi. Hətta yaradıcılığının böyük hissəsini qadın azadlığına həsr edən Cəfər Cabbarlının 28 may metrosu yaxınlığındakı heykəli ətrafına gecəyarıdan sonra yığışan qadınlar arasında özünü 5-6 “məmməd”ə (indiki pulla 50-60 qəpik) təklif edənlər var idi.

Bəs indi?

1. Bakı-Sumqayıt yolundakı ucuz əxlaqsızlıq yuvalarında qiymət 20 manatdan başlayır.

2. Bölgələrdə fahişə az olduğu üçün orada da pozğun qadınlar bədənlərinin start istifadə qiymətini 20-50 civarında təklif edirlər.

3. Bakıdakı masaj salonlarında 1 saatın qiyməti 65 manatdır.

4. Sosial şəbəkələrdə müştəri tutan və otellərdə görüşən fahişələrin mehmanxana xərcindən əlavə qiyməti 100-300 AZN-dir.

5. Gecə klublarından birgə çıxmaq istədiyiniz pozğunlar 200-400 AZN, ən məşhur obyektlərdə bu çıxış lap baha başa gəlir.

6. Vəzifəli və oliqarxların görüşdüyü eskortlar 1000-10000 AZN arasıdır. Paralel olaraq başqa işi ilə məşhurlaşıb pul müqabilində bədənini verənlər arasında minimum 1 mənzil, yaxud “porche”yə çıxanlar da var.

Niyə çoxalırlar ki?

Ötən yazıların birində qeyd etdiyimiz kimi, Azərbaycanda fahişəlik leqal deyil. İntim xidmətin arealı 2015-ci il devalvasiya və 2017-ci ildəki islam oyunlarından sonra artdı. Camaat bakirəliyini 1000-3000 dolllara satıb min manatlıq əməliyyatla özünü yenidən qız uşağına çevirib ailə quran qızlardan danışırdı. Azərbaycan televiziyalarının ən reytinqli proqramları da “həci” sponsorluğu ilə varlanan “miniyubkalı”ların təbliğatı ilə məşğuldur. Yəni minimum əmək haqqı ilə müqayisədə mobil telefon, paltar, maşın, mənzil qiymətlərinin çox baha olması ədəbsizliyin dəbə düşməyinə gətirdi. Bu faktla fahişələrə bəraət qazandırmıram. Onlara bərət qazandırmaq onlar kimi qazanmaq istəyənlərin ağlından keçə bilər. Sadəcə, problemlə mübarizə metodları təkmilləşdirilməlidir. Vaxtaşırı Bakı ətrafında reyd keçirtmək hansısa obyekt yiyəsinin aylıq gəlirinə təsirsiz ötüşmür. Amma problemin həllinə təsiri yoxdur. Hər zaman fahişəliyin leqallaşmasına qarşı olmuşam. Amma:

• Fahişəlik leqallaşsa, pozğunlar da vergi verməli olacaq, çek sistemi tətbiq olunsa, müştərilərə ƏDV də qaytarıla bilər. Bəli, vəziyyət bu qədər acınacaqlı və gülüncdür.

• Bu ucuz sənəti daha da ucuşlaşdırmaq üçün, qadınları pozğunluqdan yayındırmaq istiqamətində intim xitmətə vahid tarif müəyyənləşdirilməlidir. Məsələn, əxlaqsızlıq yuvalarında çalışanlara aylıq 300 manat maaş təsbit olunsa, pozğun kimi fəaliyyət göstərənlər yox dərəcəsinə çatar.

Leqallaşmadan da mübarizə metodları var. Psixoloji məşğələlər (eyni yolla varlanan psixoloqlar istisnası ilə), onları cəmiyyətə ötürmə metodları, din, ailə həyatı, məşğulluq və s. Bu işin başın buraxmaq üçün bəzən bir misal da kifayətdir: Azərbaycanda vətən xainliyi, satqınlıq, alçaqlıq, kasıbın boğazından kəsmək, kiminsə ayağının altını qazmaq, valideyni öldürmək, övladını zorlamağın da sadə camaat arasındakı təsviri “filankəs fahişədir, fahişəlik elədi” kimi səslənir.

Təki axırıncı yolda olanların hamısı dayanacağa çata bilsin.
Konkret.az